Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

BU GÜN AZƏRBAYCANIN BMT-YƏ ÜZVLÜYÜNÜN 20-Cİ İLİDİR

Hazırda qurumun 190 üzvü var

Bu gün Azərbaycanın BMT-yə üzv olmasından 20 il ötür.

1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT-nin Təhlükəsizlik Şurası onun bu təşkilata üzvlüyünü tövsiyə etdi.

Beləliklə, BMT Baş Assambleyası 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT üzvlüyünə daxil olması barədə qətnamə qəbul etdi.

Qeyd edək ki, BMT 24 oktyabr 1945-ci ildə yaradılımış beynəlxalq dövlətlərarası təşkilatdır. Hazırda onun 190 üzvü var. Təşkilata yeni üzvlərin qəbulu Baş Assambleya qətnaməsi ilə Təhlükəsizlik Şurasının tövsiyələri əsasında həyata keçirilir.

Təşkilatın əsas məqsədi beynəlxalq təhlükəsizliyin və dövlətlərarası əməkdaşlığın inkişafının təmin edilməsidir. BMT dünyada yeganə təşkilatdır ki, beynəlxaq miqyasda müxtəlif fəaliyyət sahələri ilə bağlı məsələləri araşdırıb, qərarlar qəbul etmək səlahiyyətlərinə malikdir. Bu təşkilatda təmsil olunan dövlətlər səsvermə hüquqlarından istifadə edərək müvafiq qərarlar çıxarır. BMT-nin nizamnaməsində üzv dövlətlərin hüquq və vəzifələri, təşkilatın fəaliyyət istiqamətləri, eləcə də beynəlxalq münasibətlərin əsas prinsipləri öz əksini tapır.

BMT-nin Təhlükəsizlik Şurası 15 üzv dövlətdən ibarətdir. Onlardan beşi daimidir. Daimi üzvlərə ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya daxildir. 10-u isə dəyişən üzvlərdir.

Sevindirici haldır ki, Azərbaycan müstəqilliyinin 20-ci ilində BMT Təhlükəsizlik Şurasının üzvü seçildi. Azərbaycan iki il ərzində TŞ-da təmsil olunacaq və iki dəfə qurumda sədrlik edəcək.

Qeyd edək ki, TŞ-da səsvermə məsələsində Şuranın hər bir üzvü bir səsə malikdir. Səsvermə zamanı Şuranın daimi üzvü hansısa qərarın əleyhinə səs verərsə bu, veto vəziyyətinin yaranması deməkdir. Şurada qərarların konsensus əsasında qəbul edilməsi mühüm yer tutur.

Ermənistanın Azərbaycana təcavüzü və onun aradan qaldırılması ilə bağlı məsələlər 1992-1993-cü illərdə müntəzəm olaraq BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılıb, Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən, işğalçı qoşunların qeyd-şərtsiz geri çəkilməsini və qaçqınların daimi yaşayış yerlərinə qaytarılmasını tələb edən 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 874 və 11 noyabr 1993-cü il tarixli 884 saylı dörd qətnamə qəbul edilib.

Hazırda ölkəmiz BMT-nin bir sıra strukturları ilə fəal əməkdaşlıq edir.






2 Mart, 2012  14:47 Baxılıb: 950 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner