Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda məktəblərin yaxınlığında olan internet klublarında reydlər keçiriləcək

Reydlərin məqsədi şagirdlərin dərsdən yayınmasının qarşısını almaqdı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) gələn həftədən etibarən paytaxtdakı məktəblərin yaxınlığında olan internet klubları və internet-kafelərdə reydlərə başlayacaq.

 Bu barədə Simsar.Az-a açıqlamasında Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.

Onun sözlərinə görə, BŞTİ əməkdaşları bu reydləri Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları ilə birlikdə edəcəklər.

“Reydlərin məqsədi şagirdlərin dərsdən yayınmasının qarşısını almaq, eyni zamanda, ictimaiyyətin diqqətini yeniyetmələrin internet-kafe və klublarda necə vaxt keçirməsinə yönəltməkdir.

Z.Əliqızı bildirib ki, internet-kafe və klublarda vaxtlarını keçirənlər əsasən, keçid dövrünü yaşayan yeniyetmələrdir.

Araşdırma zamanı həmin uşaqların internet klublarda nəyə və hansı şəraitdə baxdıqları öyrəniləcək, internet klublarının rəhbərlərinə müəyyən tövsiyələr ediləcək.

İdarə rəsmisinin sözlərinə görə, bəzi hallarda şagirdlər bir neçə dərsdə iştirak etdikdən sonra, bəzi hallarda evdən məktəbə getməyərək birbaşa internet klublarına gedirlər.

“Bəzi internet-klub və kafelərdə bağlı kabinələrin yaradılmasına, məktəbyaşlı uşaqların həmin kabinələrdə əyləşməsinə icazə verdiklərinə təəssüflənirik. Bu məsələyə ictimaiyyətin diqqətini cəlb etmək, vətəndaşlarımızda məsuliyyət hissini artırmaqdır. Uşaqlarımızın gələcəyi mövzudursa, bu məsələyə həssas yanaşmalıyıq”.






2 Mart, 2012  14:43 Baxılıb: 745 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner