Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda bu il dövlət ipoteka kreditləşməsi aparılmayıb

Bu barədə AİF-dən məlumat verilib

Yanvar ayında dövlət büdcəsindən ipoteka məqsədləri ilə vəsait ayrılmayıb. Bu barədə Simsar.az-a AİF-dən məlumat verilib.

Lakin bu, cari ilin ilk ayında ipoteka kreditlərinin verilməsinə mane olmayıb. Yanvarda İpoteka Fondunun (AİF) xətti ilə 2,07 mln. manat həcmində ipoteka krediti verilib.

Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 347,61 mln. manata çatıb. Nəticədə, 2012-ci il fevralın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 38,6 manata çatıb. Müqayisə üçün bildirək ki, 2011-ci ilin sonunda bu rəqəm 37,8 manat olub.

Yanvarda AİF tərəfindən 4,69 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib.

İndiyədək verilən ipoteka kreditlərinin 265,66 mln. manatı və ya 76,42%-i təkrar maliyyələşdirilib. Yanvarda İpoteka Fondu istiqraz buraxmayıb.






2 Mart, 2012  14:42 Baxılıb: 948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner