Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Sarkozi fitə basıldı, hücuma məruz qaldı

O, təhlükəsizlik qüvvələrinin səyi nəticəsində yaxınlıqdakı kafedə sığınacaq tapa bilib

Fransa prezidenti Nikola Sarkozi Bayon şəhərində prezident seçkisi ilə bağlı keçirdiyi təşviqat kampaniyası zamanı etirazlara məruz qalıb. Yüzlərlə etirazçı Sarkozini fitə basaraq ona qarşı şüarlar səsləndirib. Etirazçılar arasında ona hücum etməyə çalışanlar da olub. Lakin Sarkozi təhlükəsizlik qüvvələrinin səyi nəticəsində yaxınlıqdakı "Bar dü Pale" kafesində sığınacaq tapa bilib. Polis etirazçıları rezin dəyənəklərlə dağıtmağa çalışıb. Sarkozi bir saat kafedə qaldıqdan sonra çıxa bilib.

Qeyd edək ki, Bayon şəhəri Fransanın basklar yaşayan bölgəsidir.

Hadisə ilə bağlı yerli mediaya müsahibə verən Sarkozi bildirib ki, çox güman ki, etirazlar Sosialist Partiyası tərəfindən təşkil olunub. Onun sözlərinə görə, Sosialist Partiyası görüşlərin dayandırılması üçün bölücü bask qüvvələri ilə əlbir olub.

"Onlar bununla nəyə nail olmağa çalışırlar? İstəyirlər ki, təşviqat kampaniyasını dayandırım? Əlbəttə, cənab Olandın rəqiblərini görməyə gözü yoxdur. İndi də istəyirlər ki, bu yolla görüşlərin keçirilməsinə əngəl olsunlar. Terrorçu qrupların və milli azlıqların zorakılıqları məni fikrimdən daşındıra bilməz" - deyə Sarkozi fikirni ifadə edib.






2 Mart, 2012  14:29 Baxılıb: 867 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner