Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İranda müxalifət parlament seçkilərində iştirak etməyəcək

İranda müxalifət parlament seçkilərində iştirak etməyəcək

İranda martın 2-də milyonlarla seçici və yüzlərlə namizədin iştirak edəcəyi parlament seçkilərində müxalif islahatçılar parlament uğrunda mübarizə aparmayacaq.
Seçkilərdə əsas mübarizə prezident Mahmud Əhmədinejad və ali dini lider Ayətulla Əli Xamneyi tərəfdarları arasında gedəcək.
Londonda yerləşən Kral Birləşmiş Xidmətləri İnstitutunun analitiki Şaşank Coşi bildirib ki, “Bu qarşıdurmada yalnız bir tərəf qalib ola bilər və bu da ali dini liderdir. O, dövlətin əsas gücünə malikdir”.
Onun sözlərinə görə, bu mübarizədən prezident idarəsi zəifləmiş halda çıxacaq.
Martın 2-dəki seçkilər 2009-cu ildə mübahisəli prezident seçkilərdən bəri ilk səsvermədir.
O zaman seçkilərin nəticələri insanların etiraz səsini ucaltması və müxalif Yaşıl Hərəkat iştirakçılarına qarşı zorakılıqlarla müşayiət olunub. Nümayişlər zamanı onlarla insan həlak olub.
Mir Hüseyn Musəvi və Mehdi Kərrubi də daxil olmaqla, islahatçı liderlər bir ildən artıq ev dustaqlığında saxlanılıblar. Onlar səsvermənin saxtalaşdırıldığını iddia edərək, parlament seçkilərini boykot edirlər.






2 Mart, 2012  14:29 Baxılıb: 754 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner