Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanın ən böyük mobil operatoru xeyriyyə tədbirinə dəstək göstərib

Tədbirdəki biletlərin satışından əldə olunan gəlir Azərbaycandakı uşaq evlərinə yцnəldiləcək

Fevralın 29-da Bakıda fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilat nümayəndəliklərinin rəhbərlərinin xanımlarının təşəbbüsü və Azercell-in də maliyyə dəstəyi ilə ilə 20-dən çox ölkənin içkilərinin təqdimat mərasimi keçirilib.

Dünya xalqlarını onların mədəniyyəti, sənət əsərləri və əlbəttə mətbəxləri ilə tanıyırlar. Hansısa regionda məşhur olan içkilərin dadına baxmamış oranın mətbəxinin bütün xüsusiyyətlərini tanımaq mümkün olmur. “Dünya Boyu İçkilərlə” adlı tədbirdə diplomatik nümayəndəliklərin rəhbərləri öz ölkələrindən gətirilən milli içkiləri özləri təqdim edərək qonaqlara hər bir içki barədə məlumat veriblər.

Qeyd edək ki, Korporativ Sosial Məsuliyyət tədbirlərinə daim önəm verən, öz nümunəsi ilə bu işi təbliğ edən Azercell növbəti dəfə bu cür xeyriyyə fəaliyyətinə dəstək verib. Təşkil olunan mərasimin biletlərinin satışından əldə olunan gəlir Azərbaycandakı uşaq evlərinə yönəldiləcək.

Azercell fəaliyyətə başladığı ildən etibarən “Ümid yeri” Uşaq Reabilitasiya Mərkəzində yaşayan uşaqlara maliyyə dəstəyi verir. Şirkət tərəfindən uşaqların sosial rifahına yönəlmiş işlər bununla bitmir. Azercellin dəstəyi ilə indiyə qədər həyata keçirilən layihələr sırasında Uşaq Qaynar Xəttinin yaradılması, “De! Dildən-dilə, eldən-elə” şer və hekayə müsabiqəsini, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...” kimi maraqlı layihələri misal göstərmək olar. Təsadüfi deyil ki, Azercell üç il ardıcıl olaraq “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatına layiq görülüb. Ümumilikdə, Azercell fəaliyyəti boyunca sosial layihələrin icrasına 16 milyon dollara yaxın vəsait sərf edib.






1 Mart, 2012  21:09 Baxılıb: 880 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner