Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Prokuror AXCP fəalı Zeynal Bağırzadəyə 8 il iş istədi

Vəkil ittihamların siyasi xarakter olduğunu bildirib 

Martın 1-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı Zeynal Bağırzadənin mühakiməsi davam edib. Zeynal Bağırzadə 2011-ci il dekabrın 26-da vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, bilə-bilə saxta sənədlərdən istifadə etmə və dələduzluq ittihamları ilə tutulub. İstintaqın versiyasına görə, Zeynal Bağırzadə saxta sənədlərdən istifadə edərək “Çernobıl əlili” statusu əldə edib.

1 mart prosesində prokuror Zeynal Bağırzadənin 8 il müddətinə azadlıqdan məhrum olunması təklifi verib. “Media forum” saytına danışan hüquq müdafiəçisi Məlahət Nəsibova bildirib ki, bir sıra sənədlərin təhqiqatı aparılıb: “İttiham tərəfinin sübut kimi göstərdiyi sənədlərin biri surəti çıxarılmış sənəd, digəri isə saytdan götürülmüş siyahıdır. Bütün ittiham bu iki sənədin üzərində qurulub. Müdafiə tərəfi bildirdi ki, yalnız sənədlərin əsli və onların əslinə bərabər olan surətləri ittiham üçün əsas ola bilər. Vəkil həmin sənədlərin iş materiallarından, sübutlar siyahılarından xaric olunmasını istədi. Məhkəmə hələ bu vəsatətə münasibət bildirməyib.

Müdafiə tərəfi iki rəsmi sənəd təqdim etdi. Vəkil Əsabəli Mustafayev bildirdi ki, həmin sənədlər Zeynal Bağırzadənin xəstəliyini sübut edir. Hətta onun oğlu da xəstədir. Oğulun atanın Çernobılda iştiraki ilə bağlı xəstə olduğunu ixtisaslaşmış şura təsdiq edib. Həmin qurumun rəhbəri səhiyyə nazirinin müavinidir. Şura məhbusun oğlunun xəstəliyinin atanın Çernobılda şüalanması ilə bağlı olmasına rəy verib. Müdafiə tərəfi hesab edir ki, bu sənəd Zeynal Bağırzadə barədə cinayət işinin xətm olunmasına əsas verir.

Vəkil Əsabəli Mustafayev dedi ki, Zeynal Bağırzadəyə qarşı irəli sürülən ittiham onun siyasi fəaliyyəti ilə əlaqədardır: “Saxtakarlığı törədənlər indi şahid qismində iştirak edirlər. Əslində ilk növbədə onlar ittiham olunmalıdırlar. İttiham tərəfi şahidi ələ alıb, onlarla razılığa gəlib ki, Zeynal Bağırzadəyə qarşı ifadə versinlər”.

Hökm martın 2-də elan olunacaq.






1 Mart, 2012  20:08 Baxılıb: 877 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner