Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Axundov bağında siyasi flaşmob keçirlib

“Toplaşma azadlığımızı təmin edin!”

Bu gün Gənclərin Hüquqlarını Müdafiə Komitəsi Axundov bağında sərbəst toplaşma azadlığının təmin olunması tələbilə flaşmob keçirdi.

Simsar.az-a verilən məlumata görə, flaşmobda gənclər əllərində “Toplaşma azadlığımızı təmin edin!”, “ Ensure our freedom of assembly!”lmış kağızlar tutaraq tələblərini ifadə ediblər. Onlar mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə etdikləri müraciətlərinə cavab verilməməsinə etiraz etdiklərini bildiriblər.
GHMK-nın İdarə Heyətinin üzvü Rəşad Həsənov bu gün də İcra Hakimiyyətinə bir neçə dəfə zəng etdiklərini bildirir: “Bundan əvvəl də hər gün dəfələrlə BŞİH ilə əlaqə saxlasaq da, İcra Hakimiyyətinin nümayəndəsi Zaur Ramazanov bizə qərarla bağlı bu gün rəsmi cavabı gəlib öyrənə biləcəyimizi deyib.
Bu gün də dəfələrlə İcra Hakimiyyətinə zəng vurduq, Zaur Ramazanovun orda olmadığını dedilər. Daha sonra Zaur Ramazanov özü bizə zəng vuranda, ona bu gün bizə dəqiq məlumat verməli olduğunu dedik. O isə bizə verdiyi sözü təkzib edərək, cavab verməyin İcra Hakimiyyətinin səlahiyyətində olduğunu, lazım bildikləri vaxt cavab verəcəklərini söyləyib”.

Qeyd edək ki, GHMK martın 4-də mitinq keçirməklə bağlı fevral ayının 13-də Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətdə martın 4-də “Siyasi məhbuslara azadlıq”, “Rüşvətsiz təhsil” və “Qarabağ” tələbləri ilə Füzuli meydanında, Nərimanov və Təbriz kinotetrlarının qarşısında 1500 nəfər gəncin mitinq keçirmək tələbi əks olunub. BŞİH isə gənclərin müraciətinə təyin olunmuş vaxta 3 gün qalmış cavab verməli olduğu halda, gənclərin dəfələrlə əlaqə saxlamaq istəyinə baxmayaraq qanunsuz olaraq cavab verməkdən yayınıb.






1 Mart, 2012  19:16 Baxılıb: 824 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner