Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

PREZİDENT QUBANIN İCRA BAŞÇISINI CƏZALANDIRACAQMI?

Keçmiş deputat Lalə Abbasova: “İnsanları bu həddə çatdırmaq lazım deyildi”

Quba rayon icra hakimiyyətinin binası önündə keçirilən etiraz aksiyası ilə bağlı hər an yeni məlumatlar yayılır. Artıq icra başçısı Rauf Hümbətovun evinin yandırıldığı barədə məlumatlar dolaşır.

Əslən qubadan olan, Xaçmazın keçmiş deputatı, jurnalist Lalə Abbasova Simsar.az-a açıqlamasında Qubada baş verən aksiyaya münasibət bildirib.

“Sadə insanların canları boğaza yığılanda bəzən nə etdiklərini bilmirlər. Onları bu həddə çatdırmaq lazım deyildi. İcra başçısı danışanda ehtiyatlı olmalıdır və toplumun heysiyyatına toxunan söz deməməlidir. Sadə, kasıb insanları qıcıqlandırmar, durumlarından istifadə edib onları aşağılamaq olmaz” deyə, L.Abbasova bilidirb.

L.Abbasova hesab edir ki, preziden İlham Əliyev mütləq Qubanın icra başçısını cəzalandıracaq: “Bəzi məmurların gözünü pul örtüb. Əli İnsanovu yadınıza salın. Sonda əməllərinin cəzasını çəkdi. Yəqin ki, Qubanın icra başçısı ilə bağlı da müəyyən addımlar atılacaq”.

 53 saylı Quba-Qusar seçki dairəsindən seçilən, hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Yevda Abramov “Media forum” saytına açıqlamasında deyib ki,  Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun vəzifəsindən azad olunması haqda sərəncamı gözləyirlər. 

Yevda Abramov bildirib ki, özü Bakıdadır, Qubadan seçilən digər deputat Vahid Əhmədov isə hazırda rayondadır: “Orada əlahiddə bir şey yoxdur. İnsanlar öz sözlərini demək üçün mitinqə toplanıblar. Mitinqi xalq edir, bunun qarşısını almaq niyyətində deyilik. Qoy xalq öz sözünü deyə bilsin. Biz xalqın səsini boğmaq istəmədik. Qoy bu, digər icra başçıları üçün də ibrət dərsi olsun. Hamı görsün ki, xalq icra hakimiyyətinin başçısını işlədə bilər.

Xalq onun ünvanına deyilən təhqiramiz fikirləri həzm etmir, qəbul etmir. İcra başçısı Rauf Həbibov mitinqə toplanan insanların qarşısına çıxıb, üzr istəyib. Rauf Həbibov qubalıları təhqir etmişdi. Qubalıların heysiyyətinə toxunan sözlər işlətmişdi. Onun həmin çıxışını mən də pisləyirəm. Amma insandır da, emosional çıxış edib”.
Deputatın sözlərinə görə, mətbuatın indi xəbər tutduğu çıxışı icra başçısı Rauf Həbibov bir ay əvvəl edib. Yevda Abramovun sözlərinə görə, bununla bağlı icra başçısı və mərkəzi icra hakimiyyətinin nümayəndələri ilə görüşləri olub: “Lazımi tədbirlər görülür. Mətbuat bunu indi eşidib və sensasiya yaratmaq istəyir. Məsələni şişirtməyə ehtiyac yoxdur.

İnsanlar mitinqə toplanmamışdan əvvəl Qubadan seçilən deputatlar lazımi dövlət orqanlarına təqdimat vermişdilər. Görülən işlərdən xəbəriniz yoxdur. Bir icra başçısını bir gün ərzində işdən azad edib yerinə yenisini təyin etmək asan deyil”.
Qeyd edək ki, Quba RİH-in başçısı Rauf Həbibovun internetdə yayılan video-çıxışına etiraz olaraq RİH binası qarşısında etiraz aksiyası keçirilib.

Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra ittihamlar səsləndirib.

Etirazçıların əsas tələbi R. Həbibovun Quba RİH başçısı vəzifəsindən uzaqlaşdırılmasıdır.

RUSLAN






1 Mart, 2012  18:34 Baxılıb: 1854 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner