Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İCRA BAŞÇISININ EVİNİ YANDIRDILAR

Yanğın davam edir

Quba Rayon İcra Hakimiyyəti (RİH) binası qarşısında keçirilən etiraz aksiyası polis tərəfindən dağıdılıb.

Simsar.az-ın şimal bürosunun xəbərinə görə, polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb. Aksiya iştirakçılarından saxlanılanlar var. 

Məlumata görə, aksiya iştirakçıları RİH-nin yardımçı tikililərinə, çayxanaya od vurublar, RİH binasının şüşələri sındırılıb. Hadisə yerinə Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsini yanğınsöndürən maşınları cəlb olunub. Yanğının qarşısı alınıb. RİH binasına ciddi ziyan dəyib.

Son məlumata görə, etirazçılar RİH başçısı Rauf Həbibovun evini yandırıblar. Təxminən 500-600 aksiya iştirakçısı R. Həbibovun Quba Olimpiya İdman Kompleksi ilə üzbəüz evinə od vurublar. Hazırda yanğın davam edir.

Qeyd edək ki, Quba RİH-in başçısı Rauf Həbibovun internetdə yayılan video-çıxışına etiraz olaraq RİH binası qarşısında etiraz aksiyası keçirilib.

Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra ittihamlar səsləndirib.

Etirazçıların əsas tələbi R. Həbibovun Quba RİH başçısı vəzifəsindən uzaqlaşdırılmasıdır.






1 Mart, 2012  18:13 Baxılıb: 928 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner