Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İCRA BAŞÇISI QUBALILARDAN ÜZR İSTƏDİ

"Qubanı qubalılar satıb" sözü Rauf Həbibova baha başa gəldi  

Q
ubanın icra başçısı Rauf Həbibov aksiya iştirakçılarının qarşısına çıxıb onlardan üzr istəyib.

Bu barədə AzadlıqRadiosuna aksiya iştirakçıları bildirib.

Aksiyada istefa tələbləri də səslənib.

Hazırda polis aksiyaçıları Quba icra hakimiyyətinin qarşısından uzaqlaşdırmağa çalışır.

***
Martın 1-i saat 10:00 radələrində Quba rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası başlayıb.

1000-ə yaxın adam icra hakimiyyəti qarşısına yürüş edib.

Onlar icra başçısının qubalılar barədə dediyi fikirlərdən narazıdırlar.

Bir neçə gün əvvəl toplantıların birində icra başçısı Rauf Həbibovun çıxışı ilə bağlı videogörüntülər yayılıb. Həmin çıxışda icra başçısı qubalıları satqınlıqda, öz torpaqlarını 30-40 manata satmaqda ittiham edir.

İcra hakimiyyəti qarşısına yığışanlar icra başçısının istefasını tələb edirlər.

Ağsaqqal sayılan 3 nəfər rayon sakini icra başçısının qəbuluna girib. Onlar tələb edirlər ki, icra başçısı aksiyaçıların qarşısına çıxıb sakinlərdən üzr istəsin və istefa versin.






1 Mart, 2012  16:22 Baxılıb: 1113 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner