Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Sarkozinin yeni təklifi keçmədi

“Erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan yeni layihə bəyənilmədi

Fransa Konstitusiya Şurasının qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv etməsindən sonra prezident Nikola Sarkozinin növbəti cəhdi də fiaskoya uğrayıb. Simsar.az-ın Türkiyənin ‘Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Konstitusiya Şurasının qərarından sonra hökumətə qısa müddətdə qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsinin hazırlanması barədə göstəriş verən Nikola Sarkoziyə hökumət və lideri olduğu partiyadan rədd cavabı gəlib. 


Fransa Xalq Hərəkatı Birliyi Partiyasının baş katibi François Cope Fransa parlamentinin qanunvericilik fəaliyyəti dövrünün prezident seçkiləri ilə bağlı martın 6-da başa çatacağını, buna görə də iyundan əvvəl yeni bir qanunun gündəmə gəlməsinin müşkül olduğunu bəyan edib: “Parlamentin fəaliyyəti başa çatdı və təəssüf ki, yeni bir qanunu gündəliyə sala bilmərik. İyundakı seçkilərdən sonra formalaşacaq yeni parlamenti gözləmək məcburiyyətindəyik”.


Hökumət sözçüsü Valerie Pecresse də bildirib ki, bu qanunvericilik ilində yeni bir qanunun qəbul edilməsi ehtimalı yoxdur: “Konstitusiya Şurasının qərarını araşdırırıq. Prezident Nikola Sarkozi bəzi erməni dərnəklərinin nümayəndələrini qəbul edəcək, Ədliyyə Nazirliyi də yeni qanun layihəsinin üzərində işləyəcək. Ancaq bu qanunvericilik ilində yeni qanunun qəbulu ehtimalı yoxdur”.






1 Mart, 2012  14:43 Baxılıb: 811 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner