Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MƏŞHUR REJİSSOR 65 YAŞINI AİLƏSİ İLƏ KEÇİRƏCƏK

“Təkliflər olarsa, yəqin ki, işləyərəm”

Bu gün əməkdar mədəniyyət işçisi, səs rejissoru Əsəd Əsədovun doğum günüdür.
O, 1947-ci ildə mart 1-də Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib.
100-ə yaxın bədii və sənədli filmin, "Mozalan" satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissorudur. "Yaramaz" filminə görə dövlət mükafatı, "Ailə" filmindəki işinə görə "ən yaxşı səs rejissoru" nominasiyasında "Qızıl Çıraq" mükafatına layiq görülüb. O, əməkdar mədəniyət işçisi olmaqla yanaşı həm də Dövlət Mükafatı laureatıdır.
Azərbaycan Kinomatoqrafçılar İttifaqında təşkilat katibidir.
“Axtaran tapar” , “Belə də olur” , “Bəyin oğurlanması” , “Cin mikrorayonda” , “Əhməd haradadır?”, “Hacı Qara“, “Hamam hamam içində” , “İmtahan” , “İşarəni dənizdən gözləyin” ,“Kimdir müqəssir?” , “Küçələrə su səpmişəm” , “Qanlı zəmi” , “Qara "Volqa" , “Onun bəlalı sevgisi” , “Yalan” kimi filmlərdə səs rejissoru olaraq çalışıb.
Simsar.az-a açıqlamasında Ə.Əsədov ad gününü təmtəraqsız, ailə üzvləri ilə birlikdə keçirəcəyini bildirib. Yaradıcılıq planlarına gəldikdə, qeyd edib ki, hələ ki, hər hansi bir film üzərində işləmir: “Təkliflər olarsa, yəqin ki, işləyərəm”.






1 Mart, 2012  14:24 Baxılıb: 870 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner