Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“AB Azərbaycana qeyri-leqal miqrasiya mənbəyi kimi baxmır”

Ştefan Füle: AB “Şərq Tərəfdaşlığı” ölkələrin ayrılan yardımın miqdarını 130 milyon avro artıracaq

“Viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqların başlaması Azərbaycanla Avropa Birliyi arasında münasibətlərdə çox mühüm addımdır”. Bu fikirləri videokonfrans zamanı Avropa Birliyinin genişlənmə siyasəti və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle deyib. O bildirib ki, viza rejiminin sadələşdirilməsi Azərbaycanla AB arasında mobilliyi artıracaq.

“Viza rejiminin sadələşdirilməsi nəticəsində viza alınması üçün rüsumun miqdarı 60 avrodan 30-35 avroya endiriləcək, iş adamları, tələbələrdən rüsum alınmayacaq, uzunmüddətli və multi-vizaların alınması asanlaşdırılacaq. Azərbaycanla viza rejiminin sadələşdirilməsi ilə yanaşı readmissiya haqqında da saziş imzalanacaq. Azərbaycan iqtisadi baxımdan inkişaf etmiş ölkədir və biz bu ölkəyə qeyri-leqal miqrasiya mənbəyi kimi baxmırıq. Lakin ola bilsin ki, üçüncü ölkələrdən Azərbaycandan keçməklə Avropaya miqrasiya etmək halları olacaq”.

Jurnalistlərin suallarını cavablandıran Ştefan Füle bildirib ki, mövcud böhran Avropa Birliyinin tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda həyata keçirdiyi proqramların maliyyələşdirilməsinə təsir göstərməyəcək: “Avropa Birliyi nəinki maliyyələşməni azaltmağa çalışır, əksinə “Şərq Tərəfdaşlığı” ölkələrinə ayrılan yardımın miqdarını 130 milyon avro artırmaq niyyətindədir”.






1 Mart, 2012  13:53 Baxılıb: 782 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner