Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hava haqqında

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən səhər və axşam az yağıntılı olacağı gözlənilir. 

Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, günün birinci yarısında 6 dərəcəyədək isti, axşam doğru isə 2 dərəcəyə yaxın olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, martda 1-də arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Martın 1-də hava şəraitinin dəyişiləcəyi, temperaturun ötən günlərə nisbətən 5-7 dərəcə aşağı enəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.






1 Mart, 2012  11:57 Baxılıb: 803 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner