Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Eurovision-2012” müsabiqəsinin biletləri artıq satışda

Final konsertinin biletləri 160-200-240 manat arasında dəyişir 

Mayda «Baku Crystal Hall»da keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin biletlərinin satışına başlanılıb. Simsar.az-ın məlumatına görə, hazırda müsabiqənin mayın 22-də keçiriləcək I yarımfinalının və onun əsas məşqinin biletləri eurovision.tv saytında online sistemdə satışa çıxarılıb. Mayın 21-də keçiriləcək I yarımfinalın əsas məşqini izləmək 30-50 manata, mayın 22-də keçiriləcək yarımfinal (canlı şou) şousunu izləmək 90-150 manata başa gələcək. 

Mayın 24-də keçiriləcək II yarımfinal (90-150 AZN) və onun əsas məşqinin biletləri (30-50 AZN) martın 5-dən, jürinin səs verəcəyi finalın biletləri martın 12-dən (60-100 AZN), mayın 26-da keçiriləcək final konsertinin biletləri isə martın 15-dən (160-200-240) satışda olacaq.

Xatırladaq ki, “Eurovision-2012” şousunun təşkil olunacağı arena - “Baku Crystal Hall” 20 min tamaşaçı tutumuna malikdir. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, biletlərin bir hissəsi iştirakçı ölkələrin nümayəndə heyətləri, şounun sponsorları, Avropa Yayım Birliyinin nümayəndələri üçün nəzərdə tutulur. Qalan biletlər isə satışa çıxarılır. Satışdakı biletlərin 1/3 hissəsi beynəlxalq, digər hissəsi isə Azərbaycan auditoriyası üçün satışa çıxarılır. Satışdakı biletlər ölkələr arasında proporsional sayda bölünür. Alınan hər bilet həmin bilet sahibinin adına olmalıdır. Online satış sisteminə bilet əldə edəcək şəxsin adı və soyadını, şəxsiyyəti təsdiqləyən sənədin nömrəsinin daxil etmək mütləqdir. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala bilər. Ödəmələr MasterCard, Visa kartları, American Express çekləri ilə aparılır. Əldə olunan hər bir bilet konkret adamın adına rəsmiləşdirməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz. Bilet alan şəxs barədə saxta məlumatlar daxil edilməsi aşkarlanarsa, həmin bilet etibarsız sayılacaq. Online satış zamanı müştəri biletin əldə olunmasını təsdiq edən elektron məktub alacaq. Bilet sahibləri elektron ünvana daxil olmuş vauçeri konsert ərəfəsində Bakıdakı bilet satış köşklərinə verərək biletlərini əldə edəcəklər. Bu, saxtalaşdırmanın və biletlərin qara bazarda satışının qarşısını alacaq.






29 Fevral, 2012  23:04 Baxılıb: 939 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner