Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda 1 milyondan avtomobil var, onun 400 mini zaydı

Təhlükəsizlik yastığı olmayan maşınların idxalı mayın 1-dən qadağan olunacaq 

Fevralın 29-da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində təhlükəsizlik yastıqları və “ABS” sistemi olmayan minik avtomobillərinin Azərbaycan Respublikasına idxalı və istehsalını qadağan edən beynəlxalq qaydalara əsasən hazırlanan standartlar kompleksinin təsdiqi ilə bağlı mətbuat konfransı keçirilib.

Komitənin texniki tənzimlə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyevin sözlərinə görə, statistikaya əsasən, cari ilin əvvəlinə Azərbaycanda 1 milyondan çox avtonəqliyyat vasitəsi qeydiyyata alınıb: “Onlardan 400 mini təhlükəsizlik səviyyəsi aşağı həddə olan yüngül minik avtomobilləridir. Ötən il ölkə ərazisində baş verən yol qəzalarının sayı 2010-cu ilə nisbətən azalsa da, qəzaların 50%-dan çoxunu həmin tip yüngül minik avtomobillər törədib. Qəza hadisələrinin texniki baxımından təhlili göstərir ki, ağır nəticələrin əsas səbəbləri xüsusilə təhlükəsizlik yastıqlarının olmaması və tormoz yolunun uzun olması ilə bağlıdır”.

Namiq Tağıyev deyib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) nəqliyyat vasitələrinin təhlükəsizliyinə dair qaydalarına əsaslanan “Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası” AZS 635-2012 dövlət standartını təsdiq edib: “Standartın tələblərinə əsasən, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə cari il mayın 1-dən Azərbaycan Respublikasına idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində ən azı bir təhlükəsizlik yastıqı (air bag) olmalıdır. Əyləc sistemində isə “ABS” olmalıdır. Tələblər tam ötürücü transmissiyalı avtomobil nəqliyyat vasitələrinə aid deyil. Standartın bu tələblərinə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək”.






29 Fevral, 2012  22:25 Baxılıb: 962 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner