Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

QIŞ-YAY VAXTI LƏĞV OLUNUR

AMEA hesab edir ki, bu Azərbaycan üçün aktual deyil

Fevralın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Simsar.az AzərTAc-a istinadən xəbər verir ki, elmi müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdikləri yığıncağı AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev “Yay-qış vaxtına keçid haqqında” mövzusunda elmi məruzə ilə çıxış edib. Alim bildirib ki, Azərbaycanda yay-qış vaxtına keçid Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına uyğun olaraq həyata keçirilir. Azərbaycanda yay-qış vaxtına keçidin ləğvinin zəruriliyini diqqətə çatdıran Ə.Quliyev bunu elmi cəhətdən əsaslandırıb. Alim vurğulayıb ki, bu məsələ hər bir ölkənin milli maraqları mövqeyindən həll olunmalıdır. Yay-qış vaxtına keçid bir neçə saat qurşağında yerləşən, o cümlədən günün işıqlı hissəsinin minimal həddinin iş vaxtından az olduğu ölkələr üçün aktualdır. Regionda Günəşin saat 12:00-da kulminasiya nöqtəsində olması keçidin düzgünlüyü üçün əsas meyar götürülməli, iş vaxtı günün işıqlı hissəsində “səhər-axşam” simmetriyası prinsipinə əsaslanmalıdır.
Ə.Quliyev deyib ki, yay-qış vaxtına keçid ekvatora yaxın ölkələr üçün, eləcə də şimal və cənub qütblərinə yaxın regionlarda aktual deyil. Keçid vaxtı bir sıra vacib məsələlər - keçid nəticəsində enerjidən istifadəyə qənaət, keçidin ətraf mühitə, idarə, müəssisə və təşkilatlarda iş rejiminə, əmək məhsuldarlığına və insan sağlamlığına təsiri, təhsil sistemində və bir sıra digər sektorlarda ortaya çıxan problemlər və sair nəzərə alınmalıdır.
Ə.Quliyev 1930-cu ildən praktikada olan dekret vaxtının ləğv edilməsi məsələsinin öyrənilməsinin zəruriliyini, dekret vaxtı ləğv olunmaqla hazırda tətbiq edilən qış vaxtından (Qrinviç vaxtı+3 saat) istifadənin daha məqsədəuyğunluğunu vurğulayıb, bununla bağlı bir sıra tövsiyələrini bildirib.

Mövzu ətrafında müzakirələr aparılıb, qeyd olunan bütün müsbət və mənfi nəticələr nəzərə alınaraq, “Qış-yay vaxtına keçid” praktikasına son qoyulması tövsiyə edilib.






29 Fevral, 2012  20:56 Baxılıb: 1233 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner