Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycandakı avtomobillər təhlükəsizlik tələblərinə cavab vermir

Həmin avtomobillərin daha çox yol-hərəkət qəzaları törədir

Azərbaycanda 2012-ci ilin əvvəlinə 1 milyondan çox avtonəqliyyat vasitəsi qeydiyyata alınıb ki, bunun da 400 minini təhlükəsizlik səviyyəsi aşağı həddə olan minik avtomobilləri təşkil edir.

 Simsar.az-in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib.

N.Tağıyevin sözlərinə görə, bu avtomobillər həm texniki parametrləri, həm də təhlükəsizlik standartları baxımından günün tələblərinə cavab vermir.

N.Tağıyev bildirib ki, həmin avtomobillərin iştirakı ilə baş verən yol-hərəkət qəzalarının sayı da yüksəkdir. Bunu nəqliyyatda qəza statistikasının rəqəmləri də sübut edir. Belə ki, ötən il Azərbaycanda baş verən yol qəzalarının sayı 2010-cu ilə nisbətən azalsa da, qəzaların 50%-dən çoxu həmin tip yüngül minik avtomobilləri tərəfindən törədilib.

N.Tağıyevin sözlərinə görə, qəza hadisələrinin texniki baxımından təhlili göstərir ki, ağır nəticələrin əsas səbəbləri xüsusilə təhlükəsizlik yastıqlarının olmaması və əyləc yolunun uzun olması ilə bağlıdır.






29 Fevral, 2012  20:11 Baxılıb: 807 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner