Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Balakəndə itkin düşən məktəbli qızlar Bakıda tapılıb

Onların da paytaxta görüşə gəldikləri deyilir 

Azərbaycanın Balakən rayonunda itkin düşən məktəbli qızlar tapılıb. Bu barədə Simsar.az-a Balakən Rayon Polis Şöbəsindən bildirilib.

Məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində qızların avtobusla Bakıya yola düşdükləri müəyyən olunub. Bakıda avtobusdan düşən məktəbliləri Balakən rayon Polis Şöbəsinin əməkdaşları qarşılayıblar. Qızlar Balakənə aparılıb. Hazırda Polis Şöbəsinin təhqiqat bölməsində onların izahatları alınır.

Qeyd edək ki, rayonun Gərəkli kənd sakini, 16 yaşlı Nailə Nizami qızı Omarova və Balakən şəhər sakini, 16 yaşlı Mədinə Abdulqədir qızı Əhmədova ötən gün səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar. Övladlarının evə qayıtmadığını görən valideynlər bu barədə dərhal polisə məlumat veriblər. Polis həmin qızları itkin düşmüş kimi qeydiyyata alıb.

Polisdən həmçinin bildirilib ki, adıçəkilən qızlar Balakənin rayon mərkəzində yerləşən orta məktəbdə eyni sinifdə oxuyurlar.

Qeyd edək ki, bu, son bir ayda Azərbaycanda məktəblilərin evdən qaçmasına dair üçüncü hadisədir.






29 Fevral, 2012  18:27 Baxılıb: 850 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner