Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ombudsman Milli Məclisdə illik hesabatını təqdim edəcək

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2011-ci il üçün illik məruzəsi Milli Məclisə (MM) daxil olub

MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, illik məruzə parlamentin martın 6-da keçiriləcək iclasında dinləniləcək.
Bundan başqa, iclasda “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqında” qanununun layihəsi üçüncü oxunuşda müzakirə olunacaq. Həmçinin, bir neçə hökumətlərarası sazişlər (“Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası höküməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında” Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında; “Azərbaycan Respublikası höküməti və Amerika Birləşmiş Ştatları höküməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında” Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; “Azərbaycan Respublikası höküməti və İsrail Dövləti höküməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında və s.) müzakirə ediləcək.
İclasda Cinayət Məcəlləsinə və “Narkoloji xidmət və nəzarət haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirəyə çıxarılacaq.






29 Fevral, 2012  00:53 Baxılıb: 692 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner