Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Qorxu ilə yaşamaq olmaz"

Putin: "Mən 1999-cu ildən belə şeyləri görə-görə gəlirəm"

Fevralın 28-də Rusiyanın baş naziri Vladimir Putin jurnalistlərə danışaraq ona qəsd hazırlandığından xəbərdar olduğunu açıqlayıb. Simsar.az saytı xəbər verir ki, Putin deyib: “Mənə bu barədə məruzə etmişdilər. Belə şeylər mən vəziyyətdə olan adamların həyatının bir hissəsidir”.

Fevralın 27-də Rusiya kütləvi informasiya vasitələrində Ukrayna və Rusiya xüsusi xidmət orqanlarının Putinə qəsdin qarşısını aldıqları yayılıb. Xəbərdə Putinə qəsd etmək niyyəti olan iki nəfərin 2012-ci ilin yanvarında Ukraynanın Odessa şəhərində tutulduğu bildirilib. Tutulanlar İlya Pyanzin və Adam Osmayev ifadələrində Moskvada terror aktları törətmək, eləcə də baş nazir Putinə qəsd etmək tapşırığı aldıqlarını deyiblər. Tapşırığın çeçen müqavimət hərəkatının liderlərindən olan Doku Umarovdan gəldiyi iddia olunub.

Putin baş verənlərin onun həyatına və işinə əngəl törətmədiyini vurğulayıb: “Həmişə qorxu keçirsən, yaşamaq mümkün deyil. Qoy onlar bizdən qorxsunlar. Mən 1999-cu ildən belə şeyləri görə-görə gəlirəm, vaxtilə qəsd aksiyaları üçün xüsusi bölmə yaradılmışdı”.

Baş nazir mühafizəsini gücləndirməyəcəyini əlavə edib: “Nəyə lazımdır?”

Putin 1999-cu ildən Rusiyanın baş naziri, 2000-2008-ci illərdə prezidenti olub. 2008-ci ildən baş nazir kürsüsünə qayıdan Putin martın 4-də keçiriləcək prezident seçkisində hakim Vahid Rusiya Partiyasının vahid namizədidir.






28 Fevral, 2012  21:26 Baxılıb: 841 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner