Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Koreya hökuməti Azərbaycana kredit ayırmaq niyyətindədir

Sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulur

"Azərsu" ASC-də çərşənbə axşamı Koreya İxrac-İdxal Bankının Azərbaycanda səfərdə olan missiyası ilə görüş keçirilib.

ASC-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Xarici əlaqələr şöbəsinin rəisi İlqar Tağıyev Azərbaycanda həyata keçirilən investisiya layihələrində Koreya hökumətinin və şirkətlərinin yaxından iştirak etməsini yüksək qiymətləndirərək, həmin layihələrin uğurla icra olunduğunu bildirib.

Koreya İxrac-İdxal Bankının ətraf mühit üzrə mütəxəssisi Con Su Yun Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və qeyd edib ki, Koreya hökuməti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə bundan sonra da dəstək verəcək.

Görüşdə "Pirşağı Çirkab Sutəmizləyici Qurğusunun tikintisi layihəsi" üzrə maliyyə məsələləri müzakirə edilib. Koreya hökuməti bu layihəyə 43,5 milyon ABŞ dolları ekvivalentində güzəştli kredit ayırmaq niyyətindədir. Kreditin ilk 10 ili güzəştli olmaqla 40 ilə, illik 0,2 faizlə ayrılması nəzərdə tutulur. Ümumi dəyəri 60 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan tərəfi maliyyələşdirəcək.

Qeyd edək ki, "Pirşağı Çirkab Sutəmizləyici Qurğusunun tikintisi layihəsi" Pirşağı qəsəbəsinin kanalizasiya sisteminin yaxşılaşdırılmasını nəzərdə tutur. Layihə çərçivəsində qəsəbədə məhsuldarlığı sutkada 40 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Ən son texnologiya əsasında inşa olunacaq çirkab sutəmizləyici qurğuda təmizlənmiş sudan suvarma məqsədləri üçün istifadə olunacaq.






28 Fevral, 2012  20:56 Baxılıb: 951 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner