Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda mərkəzi yollardan biri bağlanıb

Bu gün Bakıda mərkəzi yollardan biri bağlanıb

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov bildirib ki, Azadlıq meydanında yeraltı avtomobil duracağının tikintisi ilə əlaqədar olaraq Puşkin küçəsində avtomobillərin hərəkəti bu gündən müvəqqəti dayandırılıb.

Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Neftçilər prospekti istiqamətinə hərəkət edən avtomobillər Üzeyir Hacıbəyov-Azadlıq prospekti-Neftçilər prospekti nativ yolu ilə hərəkət edə bilərlər.

İslamov bildirib ki, Puşkin küçəsinin bir neçə gün əvvəldən bağlanması nəzərdə tutulsa da, Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə tədbirlərin keçirilməsi səbəbindən təxirə salınmışdı.

Şöbə rəisi qeyd edib ki, hazırda paytaxtda Mətbuat prospekti, Şərifzadə küçəsi, Azadlıq prospektinin bəzi hissələrində təmir işləri aparılır. Təmirlə əlaqədar olaraq həmin küçə və prospektlər hissə-hissə bağlanır.






28 Fevral, 2012  20:06 Baxılıb: 820 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner