Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Novruz bayramına yenidən baxılacaq

Folklorşünaslar bu məqsədlə elmi sessiya keçirəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu Novruz çərşənbələrinin indiki ardıcıllıqla adlandırılmasının əleyhinədir.

Bunu APA-ya açıqlamasında İnstitutun direktoru Muxtar İmanov bildirib. Onun sözlərinə görə, Novruz xalq bayramı olmaqla bərabər, həm də mühüm folklor hadisəsidir: “Bütün folklor hadisələrinin təməl prinsiplərindən biri çoxvariantlılıqdır. Bu, Novruz bayramına da aid edilməlidir. Ona görə də Novruz çərçənbələrinin su, od, yel və torpaq çərşənbələri kimi bölgü ilə ardıcıl adlandırılması düzgün deyil. Mən şəxsən bu bölgünün tərəfdarı deyiləm”. M. İmanov qeyd edib ki, Novruz çərşənbələri son illər daha çox mətbuat tərəfindən belə bölgü ilə təqdim edilir: “Halbuki, Azərbaycanın müxtəlif bölgələrində də çərşənbələr müxtəlif cür qeyd edilir. Məsələn, su amili sonuncu çərşənbədə özünü daha qabarıq göstərir. Eləcə də od amili həm sonuncu çərşənbədə, həm də digər çərşənbələrdə mühüm yer tutur. Ümumiyyətlə isə, bu dörd ünsürün arasında bizə daha yaxın olanı su və od amilidir”.

M. İmanov bildirib ki, rəhbərlik etdiyi qurum Novruz bayramı ilə bağlı mübahisəli məqamlara aydınlıq gətirmək niyyətindədir. İnstitut yaxın günlərdə folklorşünasların iştirakı ilə Novruz bayramına aid elmi sessiya keçirəcək.






28 Fevral, 2012  19:59 Baxılıb: 1500 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner