Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

AVROPA MƏHKƏMƏSİNDƏN DAHA İKİ QƏRAR

Keçmiş namizəd və ömürlük məhkumun iddiaları təmin olunub

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki iş üzrə qərarı açıqlayıb.

Simsar.az-ın məlumatına görə, 2005-ci il parlament seçkilərində müstəqil namizəd kimi iştirak etmiş Abbas Musa oğlu Atakişiyevin işini araşdıran məhkəmə ona münasibətdə ədalətli məhkəmə hüququnun pozulduğu qənaətinə gəlib, iddiaçıya dəyən mənəvi ziyana görə 7500 avro, məhkəmə xərcləri üçün 1385 avro ödənməsi barədə qərar qəbul edib. Qeyd edək ki, 2005-ci il parlament seçkilərində seçiciləri satın almaq və opponentlərini təhqir etmək iddiası əsasında Abbas Atakişiyevin namizədliyi ləğv olunub. 

Avropa Məhkəməsi hazırda Qobustan həbsxanasında ömürlük cəza çəkən 1957-ci il təvəllüdlü Çingiz Paşayevin iddia ərizəsini araşdıraraq ona münasibətdə İnsan haqları Konvensiyasının iki müddəasının pozulması qənaətinə gəlib və iddiaçıya 4800 avro təzminat ödənilməsi barədə qərar qəbul edib.






28 Fevral, 2012  18:15 Baxılıb: 924 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner