Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Baş prokuror Rafiq Tağının ailəsini və vəkilini qəbul edib

“Qatilin tapılacağına ümidimizi itirməmişik”

Baş prokuror Zakir Qaralov qətlə yetirilən yazar Rafiq Tağının ailə üzvləri və vəkili ilə görüşüb. “Media forum” saytının məlumatına görə, Rafiq Tağının qardaşları Alim Tağıyev, İlqar Tağıyev, həyat yoldaşı Mailə Tağıyeva və ailənin vəkili Elçin Sadıqov fevralın 27-də baş prokurorun qəbulunda olublar.

 Alim Tağıyev Simsar.az saytına açıqlamasında deyib ki, Zakir Qaralov onları dinləyib, qətlin istintaqı haqda məlumat verib: “Baş prokuror bildirdi ki, Rafiq Tağının qətlinin üstünün açılması üçün əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Bizim yanımızda istintaq qrupunun üzvlərinə tapşırıq verdi ki, Rafiq Tağının vəkilinin verdiyi bütün vəsatətləri araşdırıb təmin edin”.  

“Bu görüşdən sonra qardaşınızın qətlinin üstünün açılacağına ümidiniz artdımı” sualına Alim Tağıyev belə cavab verib: “Qatilin tapılacağına ümidimizi itirməmişik”.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə aparılır.






28 Fevral, 2012  16:52 Baxılıb: 786 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner