Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

UNİSEF-dən həyəcanlı hesabat

Azərbaycan 5 yaşadək uşaqlar arasında ölüm səviyyəsinə görə dünyada 63-cü yeri tutur

Ölkədə hər 100 nəfərdən 99-nun mobil telefonu var, hər 100 nəfərdən 36-sı internet istifadəçisidir

UNİSEF “2012-ci ildə dünyada uşaqların vəziyyəti” adlı ənənəvi illik hesabatını açıqlayıb. APA-nın məlumatına görə, hesabat şəhərlərdə yaşayan uşaqların durumuna həsr olunub. Hesabat müəllifləri qeyd edirlər ki, şəhərlər planetdə iqtisadi inkişafın mühərrikləridir, lakin bu inkişafdan heç də bütün şəhər uşaqlarına pay düşmür. 

“Urbanizasiya prosesi uşaq hüquqlarına lazımi diqqətin ayrılmaması ilə müşayiət olunur. Şəhərlərdə mövcud olan qeyri-bərabərlik bütün ölkələrə xas xüsusiyyətdir və yüz milyonlarla uşağın hüquqlarını məhdudlaşdırır”.

Hesabatda bütün ölkələr üzrə uşaqların təhsil almaq səviyyəsinə dair statistika da yer alıb. Bundan başqa uşaqların normal həyatının əsas ölçü vahidlərindən biri 5 yaşına kimi uşaq ölümünün səviyyəsidir. Azərbaycan bu göstəriciyə görə 193 ölkə sırasında 63-cü yeri tutub. Dünyada 5 yaşadək uşaq ölümünün səviyyəsinə görə ilk yerləri Somali, Mali, Burkino-Faso, Çad tutur. Uşaq ölümünün ən aşağı səviyyədə olduğu ölkələr İslandiya, Lixtenşteyn və San-Marinodur.

Hesabata əsasən, Azərbaycan əhalisinin (9188000 nəfər) 2 milyon 432 min nəfərini 18 yaşadək gənclər, 795 min nəfərini 5 yaşadək uşaqlar təşkil edir. 1990-2010-cu illərdə əhalinin illik artım səviyyəsi 1,2 faiz təşkil edib, 2010-2030-cu illər üçün müəyyənləşən proqnozlara görə, bu rəqəm 0,8 faiz təşkil edəcək. Hər il Azərbaycanda orta hesabla 182 min uşaq anadan olur, 5 yaşadək ölən uşaqların sayı 9 min nəfərə çatır.

Təhsil almaq imkanlarına gəldikdə hesabatda qeyd olunur ki, 15-24 yaşlı gənclər arasında savadlılıq səviyyəsi kifayət qədər yüksəkdir, hər 100 nəfərdən 99 nəfər mobil telefona sahibdir, hər 100 nəfərdən 36 nəfər internet istifadəçisidir.






28 Fevral, 2012  16:52 Baxılıb: 904 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner