Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qaradəniz Texniki Universitetində “Xocalı soyqırımı - 20” adlı konfrans keçirilib

Tədbirdə erməni vəhşiliklərindən bəhs edən videogörüntü və filmlər nümayiş olunub 

Qaradəniz Texniki Universitetində baş tutan konfransda çox sayda azərbaycanlı tələbələrlə yanaşı, Türkiyədən və başqa ölkələrdən olan tələbələr, universitetin müəllimləri iştirak edib.

“Dünyada mənim Vətənim” layihəsi çərçivəsində baş tutan konfransı Qaradəniz Texniki Universitetinin tələbəsi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai birliyinin üzvü Turac İsrafilov açıb.

Təşkilatdan Simsar.az-a daxil olan məlumata görə, çıxışlardan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib.

Universitetin tələbəsi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai birliyinin Trabzon təmsilçisi Nahid İsrafilzadə çıxış edərək ermənilərin 1905-1906-cı ildən Azərbaycan torpaqlarında başlayan qanlı əməllərinin mütəmadi davam etdiyini, çar Rusiyası, Sovet İttifaqı və müstəqillik illərində müxtəlif yollarla işğal niyyətlərini gerçəkləşdirdiklərini, Xocalıda yüzlərlə insanı məhz etnik mənsubiyyətinə görə qətlə yetirdiklərini konfrans iştirakçılarına xatırladıb.

Universitetin müəllimi, Prof. Dr. Mehmet Okur ermənilərin Azərbaycan və Türkiyədə həyata keçirdikləri soyqırım hadisələrinin unudulmadığından və erməni yalanlarına, erməni saxtakarlığına rəğmən sənədlərdə və yaddaşlarda hifz olunduğundan bəhs edib.

Konfrans Xocalı soyqırımı, Qarabağ müharibəsi, erməni vəhşiliklərindən bəhs edən videogörüntü və filmlərlə davam edib.






28 Fevral, 2012  15:29 Baxılıb: 949 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner