Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək

Martda baş tutacaq tədbirdə 45-dən artıq xarici universitet təmsilçiləri iştirak edəcəklər

Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək. Təşkilatçıların Simsar.az-a verdiyi məlumata görə, martın 10-11-də baş tutacaq sərgidə 45-dən artıq xarici ali təhsil müəssisəsi iştirak edəcək. Sərgidə Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, İngiltərə, İsveç, Şimali Kipr, Rumıniya, ABŞ Türkiyə və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər. Ümumilikdə, sərgidə 14 ölkənin ali təhsil ocağı təmsil olunacaq. 

Sərgi zamanı tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, MBA proqramları, sertifikatlaşdırılmış ingilis dili və digər proqramlar və pulsuz təhsil imkanları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, üstünlüklər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar. Sərgi çərçivəsində bir sıra seminarların keçirilməsi də nəzərdə tutulub. Sərgi mart 10-11-də saat 12:00 -17:00 arası baş tutacaq.

Qeyd edək ki, sərgi Türkiyənin məşhur “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə diplomatik korpus nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur.






28 Fevral, 2012  15:11 Baxılıb: 1018 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner