Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Sinan Oğan Xocalı faciəsini parlament tərəfindən soyqırımı kimi qəbul edilməsi məsələsini qaldırmaq niyyətindədi

Avropa Birliyi Şurası Ali nümayəndə və Avrokomissiyanı Dağlıq Qarabağ münaqişəsinə dair post-konflikt ssenari hazırlamağa çağırıb

Avropa Birliyi (AB) Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş müşahidə edilməməsindən narahatdır. 

Simsar.az-ın verdiyi xəbərə görə, Brüsseldə AB-nın xarici məsələlər üzrə Şurasında keçirilən iclasının nəticələrinə dair qəbul olunan qərarda belə deyilir. 

Qərarda Minsk Qrupunun və Rusiya prezidenti Dimitri Medvedevin münaqişənin həlli yolunda fəaliyyətə dəstək, eyni zamanda qoşunların təmas xəttində gərginlikdən narahatlıq ifadə olunur. Atəşkəs rejiminin möhkəmləndirilməsi və tərəflər arasında qarşılıqlı etibara nail olunmasının vacibliyi qeyd edilir.

Qərarda deyilir: “Sülhə və tərəflər arasında qarşılıqlı etimada nail olmaq yolunda AB fəal dəstək göstərməyə hazırdır. Bununla bağlı AB öz nümayəndələrinin Dağlıq Qarabağa və ətraf rayonlara səfər etməsinə imkan verilməsini zəruri hesab edir”.

Avropa Birliyi Şurası Ali nümayəndə və Avrokomisiyanı Dağlıq Qarabağ münaqişəsinə dair post-konflikt ssenari hazırlamağa çağırıb. Bu ssenari AB-nın prosesdə iştirakı üçün əsas ola bilər.

Qərarda Azərbaycanın demokratik islahatların həyata keçirilməsində inkişafa nail olması, insan haqları və əsas azadlıqların təmin olunması, eləcə də korrupsiyaya qarşı mübarizəni gücləndirməsinin vacibliyi də vurğulanır.

AB Şurası, həmçinin Azərbaycanı AŞPA-nın siyasi məhbuslar üzrə xüsusi məruzəçisinə dəvət göndərməyə çağırır.






28 Fevral, 2012  14:40 Baxılıb: 1059 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner