Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Eldar Mansurov yubileyini qeyd etməyəcək

Bəstəkar bir müddət istirahət etmək fikrindədi

Bu gün tanınmış bəstəkar Eldar Mansurovun doğum günüdür.
O, 1952-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub.

1972-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbini, 1979-cu ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Kinematoqrafçilar Birliyinin üzvüdür. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibidir.

2005-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən Eldar Mansurov 3000-dən çox mahnı və instrumental musiqi əsərinin müəllifidir. 30-dən çox filmə, 25 tamaşaya musiqi bəstələyib.

Bəstəkarın 1989-cu ildə yazdığı “Bayatılar” mahnısının musiqisi Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, Braziliya, ərəb ölkələrində ifa olunub.

E.Mansurov Simsar.az-a açıqlamasında bildirib ki, yubileyini ailəsi ilə birgə qeyd edəcək.

Yaradıcılıq planlarına gəldikdə isə, bəstəkar qeyd etdi ki, o, hələ istirahət etmək niyyətindədi: “60-ı yola verək, yaradıcılıq barıdə sonra düşünərik. Ümumiyyətlə, mən yaradıcılıq işlərimi heç vaxt planlaşdırmamışam. İlham pərisinin nə vaxt gələcəyini qabaqcadan söyləmək çətindir”.

Simsar.az saytı tanınmış bəstəkara uzun ömür can sağlığı, yaradıcılıq işlərində uğurlar arzulayır.






28 Fevral, 2012  14:20 Baxılıb: 1100 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner