Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

590 kq yararsız ərzaq malları məhv edilib

Monitorinqlər zamanı aşkar olunmuş məhsullar satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Nəsimi rayonunda S.Rəhimov küçəsi, 207 ünvanında "Altı qardaş" müəssisəsinə məxsus mağazada, A.Əliyev küçəsi, ev 9 ünvanında yerləşən "Nurlan market"də,

Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsi, AB massivi, B-70 ünvanında Elman Əsədova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub.

Nəsimi rayonunda H.Əliyev küçəsi, ev 1, mənzil 217A ünvanında Tahir Məhərrəmova məxsus mağazada, A.Əliyev küçəsi, ev 7 ünvanında Kifayət Tağıyevaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Sumqayıt şəhərində N.Nərimanov küçəsi, 29-cu məhəllədə Eldar Hacıyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.

Şəmkir rayonunda Şiştəpə kəndində Rəfiqə Əliyevaya məxsus mağazada, Bazar ətrafında Nurlan Nəbiyevə məxsus mağazada,

Gəncə şəhərində Ə.Məmmədov küçəsində Təvəkkül Allahverdiyevə məxsus mağazada, Təbriz küçəsi, 290A ünvanında Nabil Qurbanova məxsus mağazada,

Xaçmaz rayonunda Qusarçay kəndində Məzahir Mustafayevə məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 590 kq-a yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.






28 Fevral, 2012  02:30 Baxılıb: 991 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner