Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Mehriban Əliyeva məşhur italiyalı dizaynerlə görüşüb

Görüşdə London Yay Olimpiya Oyunlarında çıxış edəcək millimizin idman formalarının dizaynı ilə bağlı müzakirə aparılıb

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məşhur italiyalı dizayner, “Ermanno Şervino” şirkətinin baş icraçı direktoru Toni Şervino ilə görüşüb. Simsar.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə bu il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan yığmasının idman formalarının dizaynı və quruluşu ilə bağlı müzakirə aparılıb.

Mehriban Əliyeva Toni Şervinoya tövsiyələrini verərək bildirib ki, bu formalar öz üslubu ilə Azərbaycanın milli koloritini və naxışlarını, dövlət atributlarımızı, bayrağımızdakı rəngləri əks etdirməlidir.

Görüşə görə minnətdarlığını bildirən qonaq qeyd edib ki, Azərbaycanın olimpiya komandasının formasının ən yüksək standartlara uyğun hazırlanması ilə bağlı əlindən gələni əsirgəməyəcək və bu işi rəhbərlik etdiyi mütəxəssislərlə birgə yüksək səviyyədə icra edəcək.






28 Fevral, 2012  00:15 Baxılıb: 768 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner