Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Minsk qrupu daha neçə il çalışacaq ki, bu münaqişəni həll etsin?"

Əli Əhmədov: "Minsk qrupu münaqişənin həlli üçün vaxt çərçivəsi müəyyənləşdirməlidi"

Həmsədrlər regiona hər səfərində vədlər səsləndirirlər, amma nəticə etibarilə bu vədlərin həyata keçirilməsinin şahidi olmuruq.

 Simsar.az-ın məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib.

"Azərbaycan münaqişənin dinc yolla həll olunmasına tərəfdar olduğunu bildirib və bu istiqamətdə səfərlər olmalıdır, danışıqlar aparılmalıdır. Bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə müsbət yanaşırıq. Amma, eyni zamanda, Azərbaycan cəmiyyətinin Minsk qrupunun həmsədrlərinə və bütövlükdə Minsk qrupuna çox ciddi iradları var", - o deyib.

Əhmədov qeyd edib ki, artıq bu il Minsk qrupunun yaradılmasından 20 il ötür və 20 il ərzində münaqişə nizamlanmayıb.

"Sual olunur ki, Minsk qrupu daha neçə il çalışacaq ki, bu münaqişəni həll etsin? Daha neçə il qaçqın düşmüş insanlar münaqişənin həllini gözləməlidir? 20 il ərzində münaqişənin həllinə nail ola bilməyən bir qurum ən azından özünə tənqidi yanaşmağı bacarmalıdır", - o deyib.

YAP-ın sədr müavini bildirib ki, Minsk qrupu 20 illik fəaliyyətinə yekun vuraraq yenə də vasitəçilik missiyasını yerinə yetirmək istəyirsə, münaqişənin həlli üçün vaxt çərçivəsi müəyyənləşdirməlidir.

Həmsədrlərin regiona səfəri martın 2-dən başlayır.






27 Fevral, 2012  20:41 Baxılıb: 688 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner