Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şəkərli diabetin müalicəsində analoqu olmayan dərman

Türkiyə-Almaniya Səhiyyə Fondu yeni uğura imza atıblar 

Almaniyada çalışan türkiyəli həkimlər diabet sahəsində apardıqları araşdırmalar nəticəsində bu sahədə nəhəng sıçrayıça imza atıblar. Türkiyə-Almaniya Səhiyyə Fondunun rəhbəri doktor Yaşar Bilginin rəhbərliyi altında tədqiqat qrupu yaratdıqları inqilabi dərmanın ilk müsbət nəticələrini əldə ediblər. Simsar.az-ın məlumatına görə, bu barədə "Milliyət" qəzeti xəbər verir.

Avropa İttifaqının da dəstək göstərdiyi araşdırmanın nəticələri barədə məlumat verən Bilgin bildirib ki, xəstənin yağ toxumalarından insulin hazırlayan beta-hüceyrələr alınaraq xəstənin orqanizminə iynə vasitəsilə yenidən yeridiləcək. Beləliklə də mədəaltı vəz yenidən öz funksiyasını yerinə yetirməyə başlayacaq. Bununla da insulin tələbli xəstələr yenidən normal həyat tərzi sürə biləcəklər.

Şəkər xəstələri üçün bu günə kimi iki - dərman müalicəsi və ya insulin iynəsi - müalicə metodunun olduğunu deyən Bilgin qeyd edib ki, şəkər xəstələri ömür boyunca hər gün qanda qlükozanın miqdarını ölçməli, gündə 3-4 dəfə insulin iynəsi vurmalı olurlar.

"Biz şəkər xəstələrinin öz yağ toxumalarından biokimyəvi üsulla beta hüceyrələr əldə edəcəyik. Bu hüceyrələr xəstənin öz orqanizminə məxsus olduğuna görə sonralar onlarla bağlı heç bir uyğunlaşma problemi baş verməyəcək. Araşdırmaların ilk mərhələsində yağ toxumalarından quruluşda orqanizmə ən uygun olanın beta hüceyrələr olduğunu gördük. İnsandakı yağ toxumaları yağları əritməklə bağlı yaddaşa malikdirlər. Beta hüceyrələrinə çevriləcək yağ hüceyrələri xəstənin qan damarlarına ineksiya ediləcək və mədəaltı vəzin hüceyrələri yaşamağa başlayacaqlar. Beləliklə, şəkər xəstələri ömür boyu insulinə möhtac qalmadan istədiyi şəkildə qidalanacaq, normal həyat sürəcəklər. Mədəaltı vəzi yağ toxumalarından alınan beta hüceyrələri ilə fasiləsiz olaraq təmin olunacaq", - Bilgin tədqiqatla bağlı bildirib və əlavə edib ki, düzgün qidalanmama, yağlı yeməklər və idman məşğul olmamaq xəstəliyin sürətlə yayılmasına yol açır", - o deyib.






27 Fevral, 2012  20:04 Baxılıb: 861 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner