Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tempratur 18 dərəcəyə yüksələcək

Meteohəssas insanlar ehtiyatlı olmalıdır

Martın 1-dək ölkə ərazisində mülayim isti hava şəraiti davam edəcək, hava əsasən yağmursuz olacaq. Bunu bazar ertəsi Simsar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, temperatur rejimi iqlim normasından əsasən yüksək olacaq.

Bakıda və Abşeron yarımadasında fevralın 28-29-da 11-16 dərəcə isti olacaq.

Fevralın 28-də günorta saatlarında cənub küləyinin sürəti bir qədər artacaq.

Aran rayonlarında 13-18, dağlarda 3-8 dərəcə isti gözlənilir.

Tağıyevanın sözlərinə görə, hazırda temperatur iqlim normasından 3 dərəcəyədək yüksəkdir. Yaxın günlər ərzində bu fərqin daha da çoxalacağı gözlənilir. Amma belə hava şəraiti anomal hesab edilə bilməz.

Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-5, gündüz 11-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti proqnozlaşdırılır.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı gözlənilir.

Tağıyeva deyib ki, fevralın 28-29-da Abşeron yarımadasında mülayim temperatur şəraiti müsbət amil olsa da, atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.






27 Fevral, 2012  16:02 Baxılıb: 806 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner