Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kasıbların icbari sığortasını dövlət ödəcək

Qanun təsdiqlənib 

Nazirlər Kabineti “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərar verib. Simsar.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qayda ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.

Sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsinə maliyyə yardımı Azərbaycan Respublikasının hər il üçün dövlət büdcəsi haqqında Qanununda nəzərdə tutulmuş maliyyə yardımları həddində ayrılır və Maliyyə Nazirliyinin xüsusi hesabında saxlanılır. Aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin sığortalanması üzrə müvafiq icbari sığorta müqavilələri bağlamış sığortaçı həmin müqavilələrdə nəzərdə tutulan sığorta haqlarını dövlət büdcəsi vəsaitləri hesabına almaq üçün aşağıdakı sənədləri əlavə etməklə, tərtib olunan rüblük hesabatı Maliyyə Nazirliyinə təqdim edir.

- aztəminatlı ailəyə məxsus yaşayış evinin və ya mənzilin icbari sığortalanması faktını təsdiq edən sığorta şəhadətnaməsinin surətini;
- sığortalanmış yaşayış evinin və ya mənzilin aztəminatlı ailəyə məxsus olmasını təsdiq edən sənədin surətini.
- Nazirlik bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş hesabata və sənədlərə onların Nazirliyə daxil olduğu tarixdən 25 iş günü müddətində baxır və bu Qaydanın 3.6-cı bəndində nəzərdə tutulmuş sığorta haqlarının ödənilməsindən imtina halları aşkar edilmədikdə, həmin müddətdə müvafiq sığorta haqlarını sığortaçıya məxsus bank hesabına köçürmə yolu ilə ödəyir.
- Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar sığortaçı tərəfindən 5 iş günü müddətində aradan qaldırılmalıdır. Hesabata bu Qaydanın 3.2-ci bəndində müəyyən edilmiş qaydada baxılaraq, sığorta haqları sığortaçıya məxsus bank hesabına köçürülür.
- Bu Qaydanın 3.1-ci bəndində göstərilən hesabat sığortaçı tərəfindən hər rübdən sonrakı ayın 1-də Nazirliyə təqdim edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati ərazi vahidləri üzrə aztəminatlı ailələrin (yalnız onlara məxsus yaşayış evləri və mənzillər olduqda) siyahısını cari ilin I rübünün sonuncu ayının 30-dək, həmin siyahıda edilmiş dəyişikliklər barədə məlumatı isə həmin ilin digər rüblərinin sonuncu aylarının 30-dək Maliyyə Nazirliyinə təqdim etməlidir. Nazirlik tərəfindən sığorta haqlarının ödənilməsindən aşağıdakı hallarda imtina edilir və bu barədə sığortaçıya imtinanın səbəbləri göstərilməklə, 5 iş günü müddətində yazılı məlumat verilir:
- təqdim olunmuş hesabata əlavə edilməli olan sənədlər tam təqdim edilmədikdə;
- təqdim edilmiş sənədlərdə təhrif olunmuş məlumatlar olduqda.
Sığorta haqlarının ödənilməsinə ayrılan maliyyə yardımının istifadəsinə dair tələblər. Sığorta haqlarının ödənilməsinə ayrılan və Maliyyə Nazirliyinin xüsusi hesabında saxlanılan vəsait bu qaydada nəzərdə tutulmamış digər məqsədlər üçün istifadə edilə bilməz. Sığorta haqlarının ödənilməsinə ayrılan maliyyə yardımının il ərzində istifadə edilməyən hissəsi ilin sonunda dövlət büdcəsinə qaytarılır.






27 Fevral, 2012  15:40 Baxılıb: 948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner