Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafına dair tədbir keçirilib

Göyçayda rəqabət qabiliyyətli nar emalı məhsullarının istehsalının artırılması müzakirə olunub

Bu gün İqtisadi İnkişaf Nazirliyinin və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabət qabiliyyətli nar emalı məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının, Aran regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və narçılıqla məşğul olan sahibkarlar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tədbirdə çıxış edən açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluq səviyyəsinin artdığını bildirib. Qeyd olunub ki, regionların mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramları əhəmiyyətli rola malikdir. Göyçay və ətraf rayonlarda narçılıq təsərrüfatlarının daha da genişləndirilməsi və müasir nar emalı müəssisələrinin yaradılması üçün münbit təbii şəraitlə yanaşı, əlverişli sahibkarlıq mühitinin olduğu qeyd edilib.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatında dinamik inkişafı təmin edən amillər, qarşıda duran vəzifələr, eləcə də ayrı-ayrı iqtisadi sahələrdə modernləşmənin müasir vəziyyəti və gələcək perspektivlər barədə məlumat verib. Bildirilib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf təmin edilib. Bu, qeyri-neft sektorunda, xarici ticarət və investisiya qoyuluşunda, eləcə də regionların inkişafında da özünü aydın göstərir.

Ölkədə həyata keçirilən dövlət proqramlarının, o cümlədən regional inkişaf və ərzaq təhlükəsizliyi sahəsində qəbul edilmiş sənədlərin xüsusi əhəmiyyətini vurğulayan nazir müavini bu proqramların uğurlu icrası nəticəsində qeyri-neft sektorunun surətlə inkişaf etdiyini, yeni iş yerlərinin və müasir müəssisələrin yaradıldığını, iqtisadiyyata investisiya qoyuluşunun artdığını, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirildiyini diqqətə çatdırıb. N. Səfərov ölkəmizdə davam etdirilən kompleks islahatların məntiqi nəticəsi olaraq, son 8 ildə ÜDM-nin 3 dəfə, qeyri-neft sektorunun 2,2 dəfə, ixracın 10,3 dəfə artığını, yoxsulluq səviyyəsinın isə 5,9 dəfə azaldığını vurğulayıb. Qeyd olunub ki, narçılığın stimullaşdırılması, istehsal olunan nar məhsullarının potensial bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin göstərilməsi, iş adamlarının bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsi bundan sonra da davam etdiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, nar və nar məhsullarının potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları barədə məlumat verib. Bununla yanaşı, nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrə həmin məhsulun rəqabət qabiliyətliliyinin artırılması, xarici bazarlarda satış potensialı barədə məlumatlar sahibkarların diqqətinə çatdırıb.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini qeyd edib, Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb.

Milli Elmlər Akademiyasının, İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı, Regionların inkişafı və dövlət proqramları şöbələrinin, Nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun və Bakı Biznes Tədris Mərkəzinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) nümayəndələri ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, regionun sahibkarları üçün potensial ixrac bazarlarna çıxış imkanları, qeyri-neft məhsullarının, o cümlədən nar və nar emalı məhsullarının xarici bazarlara çıxarılmasında "GSP+" proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat vermiş, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.






25 Fevral, 2012  01:41 Baxılıb: 1364 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner