Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Aşağı Ayıblı kəndinin adı dəyişir

Qovlar qəsəbəsinə isə şəhər status veriləcək

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Simsar.az-ın verdiyi məlumata görə, iclasda “Azərbaycan Respublikası Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, komitəyə daxil olan sənəddə Tovuz rayonunun bir necə kənd inzibati ərazi dairəsi tərkibinə dəyişiklik nəzərdə tutulub. İlk dəyişikliyə görə, rayonun Aşağı Ayıblı kəndinin adı dəyişərək bundan sonra Əyyublu adlandırılacaq və kəndin inzibati ərazi dairəsi Əyyublu kənd inzibati ərazi dairəsi hesab ediləcək. Eyni zamanda Azaplı kəndinin adı Azaflı adlanacaq. Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Qazqulu kəndinin adı dəyişərək Qazıqulu, Oskən kəndi Öskən və Girzan isə Hunan kəndi adlandırılacaq. Digər dəyişikliyə əsasən isə rayonun Qovlar qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qovlar qəsəbəsinə şəhər status verilir.

İclasda çıxış edən deputat Fəzail İbrahimli dəyişiklikləri müsbət qiymətləndirib və komitə üzvləri qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyyə ediblər.






24 Fevral, 2012  17:44 Baxılıb: 1617 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner