Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sürücülər nömrə nişanları yararsız hala düşdükdə nə etməlidir?

Azərbaycanda sürücülər çip dövlət nömrə nişanları yararsız hala düşdükdə nə etməlidir?

Azərbaycan yol polisi avtomobillərin çip dövlət nömrə nişanları yararsız hala düşdükdə və itdikdə onların bərpası və verilməsi məsələsinə aydınlıq gətirib.

 Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev cümə günü Simsar.az-a bildirib ki, dövlət nömrə nişanlarında elektron daşıyıcılar yerləşdirildiyindən, nömrə yararsız hala düşdükdə onun kustar üsulla bərpası yolverilməzdir.

Bu halda avtomobilin sahibi imtahan-qeydiyyat məntəqəsinə müraciət edib yararsız hala düşən həmin dövlət-qeydiyyat nişanını təhvil verib yenisini almalıdır.

"Bu halda yeni dövlət qeydiyyat nişanına görə dövlət rüsumu həmin vətəndaş tərəfindən ödənilir. Vətəndaşa eynilə həmin nömrə verilir və avtomobilin sahibi həmin nömrəyə görə dövlət rüsumunu ödəyir", - Əliyev deyib.

İdarə sözçüsü bildirib ki, bu halda cərimə nəzərdə tutulmayıb.

Dövlət nömrə nişanı itdiyi halda da avtomobil sahibi üçün cərimə nəzərdə tutulmayıb.

Əliyevin sözlərinə görə, bu halda vətəndaşa həmin nömrə nişanı verilmir.

Şöbə rəisi deyib ki, ötən ilin dekabrında qanunvericiliyə edilən dəyişikliklərə görə, itən nömrə tapılanda ilk olaraq əvvəlki sahibinə təklif olunur. Sahibi nömrədən imtina etdiyi halda, digər nəqliyyat vasitəsinə verilir.

Elektron daşıyıcılarda (ÇİP) dövlət qeydiyyat nişanının hansı nömrədən olduğu qeyd edilib.

Əliyev deyib ki, nömrə hansısa səbəbdən oxunmadıqda, onun içindəki elektron daşıyıcı nömrənin hansı qeydiyyat nişanı olduğunu bildirir. Elektron daşıyıcılar vasitəsilə həmin avtomobil və nömrə ilə bağlı bütün məlumatları oxumaq mümkündür.

Əliyev qeyd edib ki, elektron daşıyıcılar nömrənin saxta olub-olmamasını, həmin avtomobilə məxsusluğunu, avtomobil və nömrəyə aid bütün məlumatları öyrənməyə imkan verir.






24 Fevral, 2012  15:16 Baxılıb: 1142 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner