Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

70-dən artıq sürücü məsuliyyətə cəlb olundu

Bakıda son iki ayda sürücülük vəsiqəsi olmadan avtobusların idarə olunması ilə bağlı 69 fakt müəyyən edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Simsar.az-a bildirib ki, yanvarın 1-dən fevralın 20-dək həyata keçirilən tədbirlər nəticəsində sərnişindaşınma qaydalarının pozulması ilə bağlı 39 pozuntu aşkar olunub.

Həmçinin həmin müddətdə sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olan 16 avtobus sürücüsü inzibati qaydada cəzalandırılıb.

Reys qabağı tibbi müayinədən keçməyən 20, müvafiq kateqoriyası olmadan (D kateqoriyası) avtobus idarə edən 21, qırmızı işıqda hərəkət edən 33, qoşa xəttin tələbini pozub əks istiqamətdə hərəkət edən 41, yol ayrıcı keçmə qaydalarını pozan 46, avtobus dayanacağından kənarda, ikinci cərgədə, yolun hərəkət hissəsində sərnişin düşürüb mindirən 81 avtobus sürücüsü cəzalandırılıb.

Yanvarın 1-dən fevralın 20-dək 14 avtobus sürücüsü 10 və daha artıq bal toplayaraq müxtəlif müddətlərə görə sürücülük hüquqlarından məhrum ediliblər.

Avtobus dayanacaqlarını avtomaşınlarla zəbt edən 31 fərdi və taksi avtomobili sürücüsü aşkar olunub. Avtobus dayanacağında saxlanllan iki minik avtomobili evakuasiya olunub.

Əsədov Bakıda avtobus sürücülərinə qarşı reydlərin davam etdiyini bildirib.






23 Fevral, 2012  16:19 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner