Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qatarların gecikmə səbəbi açıqlandı

“İnsanlar qapını məcbur saxlayırlar, özlərini güclə vaqona salırlar”

Son günlərdə Bakı metrosunda qatarların hərəkətində xeyli gecikmələr baş verir. Simsar.az-ın məlumatına görə, bir neçə gündür ki, qatarlar stansiyalara gecikmələrlə gəlir. Bu səbəbdən də platformalarda sərnişin sıxlığı yaranır, insanlar bir hissəsi nəinki, vaqonlara, hətta platformalara da daxil ola bilmir.

Bundan əlavə, qatarlarda stansiyaların adları səhv səsləndirilir. Məsələn, “Sahil” stansiyasında sərnişinlərə növbəti stansiyanın “Elmlər Akademiyası” (!) olacağı elan edilir. Bəzən isə monitorda qatarın “Dərnəgül” stansiyasına gedəcəyi yazılsa da, “28 may” stansiyasının keçidində qatarın “İçərişəhər” stansiyasına getdiyi elan edilir. Bu isə çaşqınlıqlar və haqlı narazılıqlara səbəb olur.

Bakı Metropoliteninin baş mühəndisi Elburus Muradov Lent.az-a açıqlamasında metroda sərnişin sıxlığının müşahidə olunduğunu dedi. Baş mühəndis bildirdi ki, metro ilə fevralın 22-də 606 min sərnişin daşınıb: “Gün ərzində saat 08:00-09:00 və 18:00-19:00 arası sərnişin sıxlığının ən pik olan vaxtıdır. Sərnişinlərin sayı həddindən çox olur. Bəzi insanlar isə öz hərəkətləri ilə qatarların gecikməsinə, vaxtından bir neçə dəqiqə sonra sürət yığmasına səbəb olur. Qapını məcbur saxlayırlar, özlərini güclə vaqona salırlar. Qatar da gec tərpənməli olur. Bir çox ölkələrdə metroda polislər dayanır ki, onlar da əllərində dəyənəklə belə adamların başından vurub yerə salır. Bizdə isə belə deyil. Əhaliyə müraciət edərək bildirmək istəyirik ki, evdən bir qədər tez çıxsınlar, vaqonların qapısını saxlamasınlar, ümumi hərəkətə mane olmasınlar”.

E.Muradov yaranan gecikmələrə qatarlarda yaranmış texniki nasazlığın da səbəb olduğunu dedi: “Biz bunu gizlətmirik, nasazlıqlar olur. Bizim vəzifəmiz sərnişinləri daşımaqla yanaşı, onların təhlükəsizliyini də qorumaqdır. Hər hansı nasazlıq yaranan kimi qatarın depoya qayıtması qərara alınır və bu da intervalın pozulmasına səbəb olur. Ümumilikdə isə deyə bilərəm ki, ciddi bir problem yoxdur”.

Qeyd edək ki, yaxın illərdə Bakı Metropoliteninin stansiyalarının sayının 3 dəfəyədək artırılması planlaşdırılır. Həmçinin hər bir xətt üzrə ayrıca depolar da tikiləcək.






23 Fevral, 2012  15:21 Baxılıb: 839 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner