Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Temperatur 11 dərəcəyə yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, fevralın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin axşam yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarına gəlincə, fevralın 23-də hava şəraitinin əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Fevralın 23-24-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Lakin axşam və gecə bəzi şimal və şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Günorta saatlarında cənub küləyinin güclənəcəyi gözlənilir.






23 Fevral, 2012  04:14 Baxılıb: 817 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner