Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan soyadları Gürcüstanda ikinci yerdədir

Qonşu respublikada ən çox yayılmış 50 soyaddan 7-si azərbaycanlılara məxsusdur

Gürcüstanda hər ilin başlanğıcında ölkənin Ədliyyə Nazirliyinin Vətəndaş Agentliyinin Məlumat İdarəsi ölkə vətəndaşlarına aid maraqlı statistik göstəriciləri yayır. Hər il olduğu kimi, adıçəkilən struktur bu dəfə də Gürcüstanda ən çox yayılmış 50 soyadın siyahısını təqdim edib. Bu siyahıda 7 soyad Gürcüstanda yaşayan və bu ölkənin vətəndaşı olan azərbaycanlılara aiddir. 

Gürcüstan Ədliyyə Nazirliyinin nümayəndəsi Georgi Qabriaşvilinin sözlərinə görə, ən çox yayılmış soyadlar siyahısına gürcü soyadı Beridze başçılıq edir: "Gürcüstanda 26 796 nəfər Beridze soyadını daşıyır. İkinci yerdə isə 25 968 nəfər göstərici ilə Məmmədov soyadıdır. Üçüncü yerdə Kapanadze, 4-cü yerdə isə Əliyev soyadı dayanır. Əliyev soyadını Gürcüstanda 17 605 nəfər daşıyır. Beləliklə, ilk beşlikdə 3 gürcü və 2 Azərbaycan soyadı var".

Bundan başqa, 50 ən çox yayılmış soyad arasında 17-ci yerdə Hüseynov, 18-ci yerdə Bayramov, 21-ci yerdə Həsənov, 26-ci yerdə İsmayılov, 31-ci yerdə Əhmədov, 47-ci yerdə isə Musayev soyadıdır.

Qeyd edək ki, 4 milyon əhalisi olan Gürcüstanda bu ölkənin vətəndaşı olan yarım milyona yaxın azərbaycanlı yaşayır. Vətəndaş Agentliyinin statistik göstəricilərinə əsasən, Gürcüstanda ən çox yayılmış 50 soyad arasında 7 Azərbaycan soyadının olması azərbaycanlıların Gürcüstanda gürcülərdən sonra sayca ikinci xalq olduğuna dəlalət edir.

Gürcüstanda yaşayan daha bir etnik azlıq olan ermənilərin iddiasına görə isə onlar gürcülərdən sonra sayca ikinci millətdir. Rəsmi statistik göstəricilərə əsasən isə 50 soyad arasında bir erməni soyadı belə yoxdur.






23 Fevral, 2012  02:41 Baxılıb: 1251 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner