Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Magistraturaya sənəd verən bakalavrlar üçün yenilik

Azərbaycanda magistraturaya sənəd verən bakalavrlar üçün yenilik

Azərbaycan Təhsil Nazirliyi tərəfindən ali məktəb məzunlarının diplomlarının məlumat bazası yaradıldıqdan sonra magistraturaya sənəd verən bakalavrlardan diplomlarından çıxarışların tələb edilməsinə ehtiyac qalmayacaq. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov deyib.

Onun sözlərinə görə, hazırda diplomların bazasının yaradılması istiqamətində işlər aparılır.

"Çox güman ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sənəd qəbulunda bu bazadan istifadə edəcək. Diplomla bağlı müəyyən şübhələri aradan qaldırmaq, onun həqiqi olub-olmadığını öyrənmək üçün magistraturaya sənəd qəbulu zamanı bakalavrlardan diplomlarının çıxarışları istənilir. Ancaq baza olduqdan sonra bu məsələ avtomatik öz həllini tapacaq. Bakalavrlardan diplomlarından çıxarışların tələb edilməsinə ehtiyac qalmayacaq", - Sadıqov əlavə edib.

O bildirib ki, bu il yay aylarında çari ilin məzunlarının diplomlarının məlumat bazası hazır olacaq. Artıq bu bazanın formalaşdırılması yekunlaşmaq üzrədir. Gələn ilki magistratura imtahanlarına qədər son 10 ildə özəl ali məktəbləri bitirən məzunların diplomlarının məlumat bazası yaradılacaq.

"Ən çox özəl məktəblərin məzunlarının diplomları ilə bağlı problem olur. Ona görə də ilk növbədə onların diplomlarının bazası yaradılacaq", - Sadıqov əlavə edib.

O, bu bazanın yaradılması hesabına işəgötürənlərin də işinin xeyli asanlaşacağını söyləyib.






21 Fevral, 2012  21:31 Baxılıb: 789 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner