Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Beynəlxalq Ana Dili gününün tarixi

Və ya Banqladeşin Benqal şəhərindən başlayan mübarizə 

Beynəlxalq Ana Dili günü 1999-cu ilin noyabrında YUNESKO-nun Baş Konfransında elan edilmiş və 2000-ci ilin fevralından hər il dilçilik, mədəni müxtəliflik və çoxdilliliyi təbliğ etmək məqsədilə qeyd edilir.

Simsar.az-ın məlumatına görə, Beynəlxalq Ana Dili günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini xatırladır.

Bu hadisənin qeyd edilməsi BMT Baş Məclisi tərəfindən 2008-ci ildə Beynəlxalq Ana Dili günü elan edilməsi ilə rəsmi olaraq tanınıb.

Beynəlxalq Ana Dili günündə BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan YUNESKO və BMT agentlikləri dilçilik və mədəni müxtəliflikləri təbliğ edən tədbirlərdə iştirak edirlər. Onlar, həmçinin insanları digər bir dili öyrənərkən və ya həmin dildə danışarkən öz ana dillərini qoruyub saxlamağa çağırırlar.

BMT-nin Azərbaycandakı nümayəndəliyinin məlumatına əsasən, 11-ci Beynəlxalq Ana dili günü 2010-cu il - Mədəniyyətlərin Yaxınlaşmasının Beynəlxalq İli çərçivəsində qeyd edilir.

Məlumatda bildirilir ki, YUNESKO-nun baş direktoru İrina Bokova Beynəlxalq Ana Dili günü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Sənəddə qeyd olunub ki, ilk sözlərin söyləndiyi və fərdi düşüncələrin ifadə olunduğu ana dili hər bir şəxsin tarixinin və mədəniyyətinin təməlidir. Bundan başqa sübut edilmişdir ki, uşaqlar məktəbin ilk illərində öz ana dillərində daha yaxı təhsil alır.

YUNESKO ən azı üç səviyyəli dil bacarıqlarının; ana dili, milli dil, ünsiyyət dilinin öyrənilməsini təbliğ etməklə dilçiliklə bağlı əsas məsələ olan çoxdilliliyi təbliğ edir.

Baş direktor bildirib ki, dillər ortaq anlaşma və tolerantlıq üçün əsas vasitədir. Bütün dillərə qarşı hörmət, heç bir mədəniyyəti və onun üzvlərini kənarlaşdırmadan sülhün bərqərar olmasında əsas amildir. Çoxdillilik, müəyyən bir ərazidə danışılan bütün dillərin vəhdətdə mövcudluğu kimi başa düşülür. Buna görə də, təhsil və mədəni siyasətlərin əsasını təşkil edən bu məsələyə olan diqqət artırılmalıdır.

RAMIL






21 Fevral, 2012  14:31 Baxılıb: 1272 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner