Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Media Hüququ İnstitutu iranlı jurnalistin müdafiəsinə qalxdı

  Təşkilat rəsmi qurumları olayla bağlı aydın və dolğun bilgi verməyə çağırır. 

Media Hüququ İnstitutu İran İslam Respublikasindan yayımlanan “Səhər” adlı televiziya kanalının Bakıdakı reportyoru Anar Bayramlının həbs olunmasından narahatlığını bildirir. MHİ Azərbaycan Respublikası və onun hökuməti ilə bağlı tənqidi verilişləri ilə tanınan bu kanal üçün çalışan jurnalistin narkotik gəzdirmə ittihamı ilə həbsini xüsusi diqqətdə saxlamağa və rəsmi qurumları olayla bağlı aydın və dolğun bilgi verməyə çağırır.


Azərbaycanın bir çox bölgələrinə İran ərazisindən Azərbaycan dilində yayımlanan “Səhər” telekanalı İran hökumətinin nəzarəti altında olan yayımçı kimi tanınır. Azərbaycan Respublikasında hökumətin ciddi siyasi monopoliyası səbəbindən teleradio yayımı sahəsində hökumətin tənqidi imkanlarının sıfır səviyyəsinə endirildiyi, hökuməti tənqid edən şəxslərin hər yolla yayımdan kənarda saxlandığı bir şəraitdə İran hökumətinin nəzarəti altındakı olan bu kanalın verilişləri yerli kanallara yeganə nativ kimi populyarlaşıb. Bu səbəbdən dəfələrlə bu kanal hökumətin tənqidləri ilə üzləşib.

Anar Bayramlı fevralın 17-də polis əməkdaşları tərəfindən Binəqədi Polis İdarəsinə aparılıb. Sonradan onu narkotik maddə (heroin) saxlama ittihamı ilə saxlayıblar. Rəsmi qurumlar saxlama faktı ilə bağlı heç bir bilgi verməyiblər.

Media Hüququ İnstitutu Azərbaycanda jurnalistlərə qarşı narkotik maddə ittihamının irəli sürülməsinin ilk hal olmadığını yada salır. Nəsimi Rayon Məhkəməsi hələ 2006-cı ildə “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakiti 10 qram heroini saxlamaqda ittiham edərək 3 il azadlıqdan məhrum etmişdi. 2010-cu ildə isə həbsdə olan jurnalist “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin qurucusu Eynulla Fətullayevə qarşı eyni ittiham irəli sürülmüş və nəticədə jurnalistə yeni uzunmüddətli həbs cəzası verilmişdi.






20 Fevral, 2012  22:00 Baxılıb: 808 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner