Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kür çayında suyun səviyyəsi yüksəlib

Keçən ilin analoji dövrü ilə müqayisədə 0,5 metrə qədər artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 120-215, Kiçik Qafqaz çaylarında 145-155, Lənkəran-Astara bölgəsi çaylarında 85-125, Naxçıvan Muxtar Respublikasının çaylarında 20-25 faizini təşkil edir. 

Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 148 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir (2011-ci ildə 123 m3/s olmaqla 72 faiz təşkil edirdi). Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 65 m3/san olmaqla, ongünlük normanın 92 faizini təşkil edir (2011-ci ildə 54 m3/s olmaqla 77 faiz təşkil edirdi). Hazırda Surra məntəqəsində suyun səviyyəsi 623 sm (2011-ci il fevralın 20-də 582 sm), Şirvanda 512 sm (2011-ci il fevralın 20-də 467 sm ), Bankədə 341 sm (2011-ci il fevralın 20-də 327 sm), Araz çayının Novruzlu məntəqəsində isə 341 sm (2011-ci il fevralın 20-də 300 sm) təşkil edir.






20 Fevral, 2012  17:38 Baxılıb: 834 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner