Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

SİMSAR.AZ-ın ƏMƏKDAŞI TAKSİM YÜRÜŞÜNƏ QATILACAQ

Jurnalistlər feralın 24-də Türkiyəyə yola düşəcək

Türkiyədə Xocalı soyqırımının 20-ci ildönümünə ciddi hazırlıq hazırlıq görülür. Fevralın 26-da qardaş ölkənin məşhur meydan və kuçələrində, konfrans zallarında xocalılıların qətlə yetirilməsinə, erməni vandalizminə etiraz olaraq yürüşlər, aksiyalar keçiriləcək, tədbirlər düzənlənəcək.
Əsas yürüş-mitinş İstanbulun məşhur Taksim meydanında keçiriləcək. Fevralın 25-də Ankarada Türkiyə Azərbaycan Dərnəyi (TAD) Xocalı soyqırımı ilə bağlı konfrans təşkil edəcək. Bir gün sonra - 26 fevral saat 14.00-da «Hepimiz Hocalılıyız», «Hepimiz Mehmetiz» şüarı ilə Taksim meydanında mitinq-yürüş olacaq.

TAD rəhbəri, Milliyyətçi Hərəkat Partiyasının deputatı Sinan Oğan bildirib ki, aksiyada Türkiyə, Azərbaycan və digər türkdilli ölkələrdən yüzlərlə insan iştirak edəcək: «Aksiyaya bütün türklər, təşkilatlar adsız qəhrəmanlar dəvətlidir”.

Qeyd edək ki, aksiyanı işıqlandırmaq üçün Azərbaycandan bir qrup jurnalist fevralın 24-də Türkiyəyə yola düşəcəklər. Jurnalist heyətinin arasında «Simsar.az»-ın əməkdaşı Elmar Hüseynov da var. Üç günlük səfər çərçivəsində jurnalistlər çoxsaylı tədbirlərdə iştirak edəcək, Türkiyə rəsmiləri və ictimaiyyət nümayəndələrilə görüşəcək, həmçinin tarixi muzeylərlə tanış olacaqlar.

Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini artıq Türkiyə Böyük Millət Məclisinə təqdim edib. Qanun layihəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırım həyata keçirdiyinin tanınması və 26 fevral tarixinin Türkiyədə “Xocalı soyqırımını anım günü” elan olunması öz əskini tapıb. Bundan başqa, layihədə Türkiyənin İğdır, Qars, Ərdəhan, Ağrı, İstanbul, Ankara, İzmir, Bursa, Kocaeli, Manisa bölgələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması təklifi də yer alıb.

RUSLAN






18 Fevral, 2012  16:16 Baxılıb: 1163 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner